Jestin təsviri:
Sol əlin baş barmağı sağa, digərləri bitişik və aşağıya doğru tutulur. Sağ əlin baş barmağı yuxarı, digərləri bitişik və aşağıya doğru olmaqla biləyi sol əlin biləyinə vurulur. Hər iki əlin baş barmaqları yuxarı, digərləri bitişik və aşağıya doğru olmaqla sinə səviyyəsinə qaldırılır. Barmaqlar açıq, aralı və irəli olmaqla aşağıya doğru vurulur.