Jestin təsviri:
Hər iki əlin barmaqları yumruq şəklində, sağ əl sol əlin üstündə olmaqla sinənin ortasında tutulur, aşağı və yuxarı sürtülür. Sol əlin içi sağa doğru, baş və çeçələ barmaqları aralı, şəhadət, orta, adsız düz, bitişik və önə doğru olmaqla sinənin sol tərəfində tutulur. Sağ əlin orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində tutularaq sol əlin içinə vurulur. Əllər çevrilərək jest təkrarlanır.