Jestin təsviri:
Sağ əlin üstü önə tərəf, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta açıq, aralı olmaqla gözlərin altına doğru aparılır. Hər iki əlin içi önə tərəf, orta, adsız, çeçələ barmaqları aralı, yuxarı, baş və şəhadətin ucları birləşdirilərək sinənin qarşısında yan-yana tutulur, yuxarıya doğru dairəvi şəkildə aparılaraq barmaqlar irəli olmaqla əlin içi aşağı vurulur.