Jestin təsviri:
Sağ əlin üstü önə doğru, adsız, çeçələ barmaqları bağlı, baş, şəhadət, orta düz və bitişik olmaqla ağızın sağ tərəfində tutulur və bir-birinə sürtülür. Sol əlin içi aşağı, baş barmağı altda, digərləri bitişik olmaqla önə doğru tutulur. Sağ əlin adsız, çeçələ barmaqları bağlı, baş barmaq şəhadət və ortanın altında düz və bitişik olmaqla sol əlin adsız barmağının üstünə vurularaq biləyinə tərəf sürtülür.