Jestin təsviri:
Sol əlin içi və baş barmağı aşağı, digərləri düz və sağa doğru sinənin qarşısında tutulur. Sağ əlin içi aşağı, orta, adsız, çeçələ barmaqları açıq, aralı və önə doğru, baş və şəhadət düz, aşağı və azca aralı olmaqla biləyə tərəf sol əlin adsız barmağına sürtülərək arxaya vurulur.