Jestin təsviri:
Sağ əlin içi sola doğru, şəhadət, orta, adsız, çeçələ barmaqları yarıaçıq, bitişik olmaqla baş barmaq iki dəfə alının sağ tərəfinə toxundurulur. Əlin içi önə doğru, orta, adsız, çeçələ yuxarı, aralı, baş, şəhadət çevrə şəklində bağlı olmaqla sinənin önündə tutulur və sola tərəf fırladılır. Sağ əlin baş barmağı çənənin sağ, digərləri bitişik olmaqla sol tərəfində tutulur. Barmaqlar aşağıya doğru endirilərək ucları birləşdirilir və çənəyə tərəf aparılır.