Jestin təsviri:
Sol əlin içi sağa doğru, barmaqları aralı, önə tərəf olmaqla sinənin qarşısında tutulur. Sağ əlin baş və orta barmaqları çevrə şəklində bağlı, digərləri açıq və düz tutularaq sol əlin içinə vurulur və barmaqlar açılaraq aralanır. Şəhadət barmağı açıq və yuxarı, digərləri bağlı olmaqla sağ əl sinənin sağ tərəfində tutulur və iki dəfə önə doğru fırladılır.