Jestin təsviri:
Hər iki əlin içi üz-üzə, baş barmaqları uc-uca, şəhadət, orta, adsız, çeçələ yuxarı, aralı, yarıaçıq olmaqla sinənin qarşısında tutulur, dairəvi şəkildə irəli aparılır. Sol əlin içi sağa doğru, barmaqları yuxarı, aralı, yarıaçıq olmaqla sol çiyinin qarşısında tutulur. Sağ əlin içi sola doğru, adsız, çeçələ barmaqları bağlı, baş barmaq şəhadət və ortanın altında düz, bitişik tutularaq sol əlin qarşısından sağa və dairəvi şəkildə irəli aparılır.