Jestin təsviri:
Sol əlin şəhadət, orta, adsız, çeçələ barmaqları irəli və düz, baş barmaq aşağıda və aralı olmaqla sinənin önündə tutulur. Sağ əlin baş barmağı aralı, digərləri bitişik və yuxarı olmaqla biləyi sol əlin şəhadət barmağı tərəfdən üstünə vurulur. Orta, adsız, çeçələ barmaqlar bağlı, baş barmaq aralı, arxaya doğru, şəhadət düz tutularaq boğazın sağ tərəfinə qoyulur. Sağ əlin içi sola doğru, baş barmağı aralı və yuxarı, digərləri bitişik olmaqla cəld sol əlin barmaqlarının ucuna vurularaq aşağı aparılır.