Jestin təsviri:
Sağ əlin içi sola doğru, adsız və çeçələ barmaqları bağlı, şəhadət və orta baş barmağın üstündə düz və bitişik tutularaq dodaqlara tərəf çevrilir. Əlin üstü önə doğru, baş barmağı yuxarı, çeçələ sola tərəf, orta, adsız, çeçələ bağlı olmaqla sağ tərəfdə – yuxarıda tutulur. Sinənin qarşısına aparılaraq baş barmaq tərəfdən sol əlin içinə doğru əyilir. Hər iki əlin içi üz-üzə, barmaqları yuxarı, açıq, aralı və bir-birinə tərəf olmaqla sağda tutulur.