Jestin təsviri:
Sağ əlin içi önə, barmaqları sağa doğru olmaqla orta, adsız, çeçələ bağlı, baş və şəhadət yarımçevrə şəklində yuxarıdan aşağı endirilir. Hər iki əlin içi aşağı, barmaqları aralı, irəli olmaqla oynadılaraq sağdan sola doğru aparılır. Sağ və sol əlin orta, adsız, çeçələ barmaqları bağlı, şəhadət yarıaçıq, baş barmaqlar düz, açıq olmaqla şəhadətin orta hissəsində tutulur. Hər iki əl uc-uca tutularaq sağ əl sağ çiyinə doğru aparılır.