Jestin təsviri:
Hər iki əlin içi önə doğru, yalnız şəhadət barmaqları açıq olmaqla uc-uca tutulur. Bir-birindən aralanır, aşağı aparılır, əllərin içi aşağı, şəhadət irəli olmaqla yenidən birləşdirilir. Sol əlin içi sağa doğru, baş barmağı yuxarı, şəhadət, orta, adsız, çeçələ bitişik, irəli olmaqla sol çiyinin qarşısında tutulur. Sağ əlin baş barmağı şəhadət və ortanın altında düz, birləşik olmaqla barmaqlar bitişik tutulur, üç dəfə vurularaq sol əlin qarşısından aşağı endirilir.