Jestin təsviri:
Sağ əlin içi önə doğru, baş barmağı gicgahda olmaqla şəhadət, orta, adsız, çeçələ yuxarı, aralı tutulur və irəliyə tərəf əsdirilir. Əlin içi yuxarı, barmaqların ucları çevrə şəklində birləşik olmaqla sağ əl qarın səviyyəsində – irəlidə tutulur, barmaqlar iki dəfə yuxarı vurularaq açılır.