Jestin təsviri:
Sol əlin içi aşağı, baş barmağı bağlı, şəhadət, orta, adsız, çeçələ bitişik olmaqla sağ tərəfdə tutulur. Sağ əlin içi sola tərəf, barmaqları aralı, yuxarı olmaqla dirsəyi sol əlin barmaqlarının üstündə tutulur, irəli və geriyə doğru əsdirilir. Sol əlin içi sağa doğru, baş, orta, adsız, çeçələ çevrə şəklində bağlı olmaqla sinənin qarşısında tutulur. Sağ əlin içi sola doğru, orta, adsız, çeçələ aralı, yarıaçıq, baş və şəhadətin ucları birləşik tutularaq sol əlin şəhadət barmağının üstündən qaldırılır, içi yuxarı çevrilərək sağ tərəfə – kənara aparılır.