Jestin təsviri:
Sol əlin içi sağa doğru, baş barmağı bağlı, şəhadət, orta, adsız, çeçələ bitişik, irəli olmaqla sol tərəfdə tutulur. Sağ əlin baş barmağı yuxarı, şəhadət, orta, adsız, çeçələ bitişik tutularaq sol əlin şəhadət barmağı tərəfdən üstünə geri və irəliyə doğru sürtülür. Hər iki əlin baş barmaqları aralı, şəhadət, orta, adsız, çeçələ bitişik, yarıaçıq olmaqla əllər yarımçevrə şəklində bir-birinə vurularaq uc-uca tutulur.