Jestin təsviri:
Sağ əlin üstü önə doğru, barmaqları yuxarı, açıq və aralı tutulur. Çeçələ, adsız, orta, şəhadət barmaqları növbəli şəkildə alt dodağa toxundurulur. Sağ əlin barmaqları bitişik, düz və sola doğru olmaqla sağ tərəfdə tutulur və iki dəfə sola fırladılır.