Jestin təsviri:
Sol əlin içi sağa doğru, barmaqları açıq və aralı tutulur. Sağ əlin içi aşağı, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət, orta yarıaçıq, aralı tutularaq sol əlin içinə iki dəfə vurulur. Hər iki əlin içi üz-üzə, baş barmaqları şəhadətin orta hissəsində olmaqla barmaqlar bükülür və sağ tərəfdə – irəlidə tutulur. Sağ və sol əl baş barmaqlar açılaraq qarının önünə aparılır və barmaqlar əvvəlki vəziyyətini alır.