Jestin təsviri:
Əlin içi önə, barmaqları sağa doğru olmaqla baş və şəhadət barmaqları yarımçevrə şəklində, orta, adsız və çeçələ barmaqlar bükülərək sağ qol yuxarıdan aşağı endirilir. Sağ əlin içi sola doğru, yalnız şəhadət barmağı açıq olmaqla önə tərəf tutulur. Sol əlin üstü önə doğru, baş barmağı bağlı olmaqla şəhadət barmağı tərəfdən sağ qolun altına qoyulur. Sağ əl azca yuxarı, aşağı və yenidən yuxarı aparılır.