Jestin təsviri: Sağ əlin içi sola doğru, barmaqları düz, açıq və bitişik tutulur. Sol əlin üstü önə doğru, baş və çeçələ barmaqları aralı, şəhadət, orta, adsız bitişik olmaqla ucları sağ əlin biləyinə qoyulur. Sağ əl dalğalı şəkildə irəliyə doğru aparılır.