Jestin təsviri:
Sağ əlin baş barmağı yuxarı, digərləri sola doğru olmaqla bitişik şəkildə sinənin üstünə qoyulur. Sol əlin içi və baş barmağı aşağı, şəhadət, orta, adsız, çeçələ bitişik və önə doğru tutulur. Sağ əlin adsız, çeçələ barmaqları bağlı, şəhadət, orta, baş barmağın üstündə olmaqla sol əlin biləyə doğru adsız barmağına iki dəfə sürtülür. Hər iki əlin içi üz-üzə, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta açıq və bitişik tutularaq bir-birinə vurulur.