Jestin təsviri:
Sağ əlin içi aşağı, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət, orta bitişik olmaqla önə – sola doğru tutulur, geri aparılaraq bağlanılır. Sol əlin içi sağa doğru, barmaqları yuxarı, açıq və bitişik tutulur. Sağ əlin baş barmağı aralı, digərləri bitişik olmaqla üç dəfə sol əlin içinə vurularaq aşağı hissəsindən yuxarı aparılır.