Jestin təsviri:
Sol əlin içi aşağı, baş barmağı aralı, digərləri bitişik, önə doğru olmaqla sol tərəfdə tutulur. Sağ əlin içi aşağı, baş barmağı aralı, adsız, çeçələ bağlı, şəhadət, orta bitişik olmaqla iki dəfə sol əlin üstünə sürtülür. Sol əlin içi sağa çevrilərək baş və çeçələ barmaqlar aralı, şəhadət, orta, adsız bitişik və yuxarı tutulur. Sağ əlin şəhadət barmağı yarıaçıq, digərləri bağlı olmaqla iki dəfə sol əlin içinə vurularaq baş barmağa doğru sürtülür.