Jestin təsviri:
Hər iki əlin içi aşağı, baş, adsız, çeçələ barmaqları çevrə şəklində bağlı, şəhadət və orta aralı, önə doğru sol tərəfdə tutulur və irəli vurulur. Sağ və sol əlin içi önə doğru, baş, şəhadət, orta, adsız və çeçələ barmaqların ucları bağlı olmaqla sol tərəfdə irəli vurularaq yan-yana tutulur.