Jestin təsviri:
Sağ əlin üstü önə doğru, baş barmağı yuxarı, digərləri aralı, yarıaçıq şəkildə dodaqlara tərəf tutulur, sola və sağa aparılır. Hər iki əlin içi önə doğru, şəhadət, orta, adsız, çeçələ barmaqları bağlı, baş barmaqlar sinənin qarşısında uc-uca tutulur, yuxarıya tərəf çevrilir, azca aşağı aparılaraq şəhadət barmaqlarına birləşdirilir.