Jestin təsviri:
Sol əlin içi yuxarı, baş barmağı aralı, irəli, şəhadət, orta, adsız, çeçələ bitişik, qarın səviyyəsində olmaqla sağ tərəfdə tutulur. Sağ əlin baş, şəhadət, adsız, çeçələ barmaqları açıq, düz, orta aşağı olmaqla sol əlin üstündə fırladılaraq içinə toxundurulur. Sol əlin içi sağa doğru, baş barmağı aralı, yuxarı, şəhadət, orta, adsız, çeçələ bitişik, irəli olmaqla sinənin qarşısında tutulur. Sağ əlin şəhadət, adsız, çeçələ barmaqları açıq, aralı, orta barmağın dırnağı baş barmağın yumşaq hissəsində olmaqla iki dəfə sol əlin içinə vurularaq açılır.