Jestin təsviri:
Sağ əlin baş barmağı yuxarı, digərləri aralı, yarıaçıq şəkildə alının sağ tərəfinə qoyulur. Əlin içi yuxarı, orta, adsız, çeçələ barmaqlar bağlı, baş barmaq şəhadətin yumşaq hissəsində olmaqla sağ əl irəlidə tutulur. Hər iki qol dirsəkdən bükülərək əllərin baş barmaqları aralı, digərləri açıq, bitişik və kənara doğru tutulur, yuxarı və aşağı yelləndirilir.