Jestin təsviri:
Sol əlin üstü önə doğru, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta açıq və bitişik şəkildə sağa tərəf tutulur. Sağ əlin içi sola tərəf, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta açıq və bitişik tutularaq iki dəfə sol əlin şəhadət barmağına vurulur. Hər iki əlin baş barmaqları yuxarı, digərləri aralı, yarıaçıq və üz-üzə olmaqla sinənin arasında tutulur, əllər iki dəfə aşağıya doğru çevrilir.