Jestin təsviri:
Hər iki əlin baş barmaqları aralı, digərləri bitişik, üz-üzə olmaqla sağ və sol çiyinlərin qarşısında tutulur və iki dəfə çevrilərək irəli vurulur. Sol əlin içi aşağı, barmaqları bitişik və düz olmaqla sinənin önündə sağa doğru tutulur. Sağ əlin baş barmağı aralı və sinəyə tərəf, şəhadət, orta, adsız, çeçələ bitişik və yarıaçıq olmaqla sol əlin üstündə tutulur, sifətin önünə aparılaraq bükülür.