Jestin təsviri:
Sağ əlin şəhadət barmağı açıq, baş, orta, adsız, çeçələ bağlı olmaqla iki dəfə yüngülcə alt dodağa vurulur. Hər iki əlin barmaqları sinənin önündə yuxarıya doğru yumruq şəklində tutularaq əsdirilir. Sağ və sol əlin barmaqlarının ucları birləşdirilərək sinənin qarşısında uc-uca tutulur. Sağ əlin barmaqları aralanaraq sağa – aşağıya tərəf aparılaraq açılıb-bağlanılır.