Jestin təsviri:
Sağ və sol əlin içi önə doğru, orta, adsız, çeçələ barmaqları bağlı, şəhadətin dırnağı baş barmaqların yumşaq hissəsində bağlı olmaqla sifətin önündə yan-yana tutulur, açılaraq bir-birindən aralanır. Hər iki əlin içi aşağı, baş barmaqları şəhadət və ortanın altında olmaqla barmaqlar bitişik, bir-birinə tərəf tutulur, növbəli şəkildə iki dəfə sinənin sağ və sol tərəfinə sürtülür.