Jestin təsviri:
Sağ əlin içi sola doğru, şəhadət barmağı düz, orta şəhadətə birləşik, yarıaçıq, baş, adsız çevrə şəklində bağlı, çeçələ bükülü tutulur və iki dəfə burunun üstünə sürtülür. Sol əlin baş və çeçələ barmaqları aralı, digərləri düz, bitişik və önə doğru olmaqla sol tərəfdə tutulur. Sağ əlin içi aşağı, barmaqları düz, bitişik və irəli, baş barmaq yarıaçıq olmaqla sol ələ vurularaq iki dəfə aşağı sürtülür.