Jestin təsviri:
Sol əlin üstü önə doğru, baş barmağı bağlı, digərləri düz və aralı olmaqla sağ tərəfdə tutulur. Sağ əlin üstü önə doğru, baş, orta, adsız, çeçələ barmaqları bağlı, şəhadət yarıaçıq, aşağıya tərəf olmaqla dirsəyi sol əlin şəhadət barmağının üstündə tutulur. Hər iki əl qaldırılaraq sağa doğru – kənara aparılır və şəhadət barmağı bağlanılır.