Jestin təsviri:
Hər iki əlin içi önə doğru, baş, çeçələ barmaqları aralı, şəhadət, orta, adsız bitişik, yuxarı, sinənin önündə yan-yana olmaqla üç dəfə irəli vurularaq bir-birindən aralanır. Sol əlin içi yuxarı, baş barmağı önə doğru, digərləri bitişik, sağa tərəf olmaqla sinənin önündə tutulur. Sağ əlin baş barmağı yuxarı, digərləri bitişik olmaqla sol əlin içində açıq şəkildə fırladılaraq bağlanılır.