Jestin təsviri:
Sağ əlin adsız, çeçələ barmaqları bağlı, baş, şəhadət, orta yuxarıya doğru olmaqla sağ tərəfdə tutulur və bir-birinə sürtülür. Sol əlin içi aşağı, baş, adsız, çeçələ barmaqları çevrə şəklində birləşik, şəhadət və orta bitişik, irəliyə doğru olmaqla sinənin önündə tutulur. Sağ əlin içi aşağı, baş, adsız, çeçələ barmaqları çevrə şəklində birləşik, şəhadət və orta bitişik olmaqla sol əlin şəhadət və orta barmaqlarının üstünə qoyulur, əlin içi yuxarı çevrilərək sağ tərəfdə irəli aparılaraq aşağı vurulur.