Jestin təsviri:
Sağ əlin üstü önə, baş barmağı yuxarı, digərləri aralı və yarıaçıq olmaqla iki dəfə sifətin sağ tərəfindən arxaya doğru aparılır. Hər iki əlin üstü önə doğru, baş barmaqları aralı, digərləri aralı və düz olmaqla sağ əlin üstü sol əlin içində çarpaz şəkildə tutulur və aşağıya tərəf aparılır. Sağ əlin içi sola doğru, baş barmağı aralı, digərləri yarıaçıq, bitişik olmaqla əl yarımçevrə şəklində tutulur və dodaqlara tərəf çevrilir.