Jestin təsviri:
Hər iki əlin üstü önə doğru, şəhadət barmaqları açıq, yuxarı, digərləri çevrə şəklində birləşərək növbəli şəkildə iki dəfə sifətə tərəf çevrilir. Sağ və sol əlin şəhadət, orta, adsız, çeçələ barmaqları düz, bitişik, baş barmaqlar şəhadət və ortanın altında birləşik olmaqla əllər üz-üzə tutulur və növbəli şəkildə iki dəfə sinəyə doğru fırladılır.