Jestin təsviri:
Sağ əlin içi sola doğru, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət, orta bitişik və düz, sol əlin üstü önə doğru, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət, orta bitişik, düz və sağa tərəf olmaqla sinənin qarşısında tutulur. Sağ əlin şəhadət və orta barmaqları iki dəfə sol əlin şəhadət və orta barmaqlarına vurulur. Hər iki əlin içi önə doğru, baş barmaqlar aşağıda, digərləri yuxarıda bitişik, yarıaçıq olmaqla əllər yarımçevrə şəklində yan-yana tutulur, bir-birindən dairəvi şəkildə aralanaraq irəlidə birləşdirilir.