Jestin təsviri:
Sol əlin içi yuxarı, baş barmağı önə doğru, digərləri bitişik və sağa tərəf olmaqla qarının qarşısında tutulur. Sağ əlin içi yuxarı, baş barmağı aralı, digərləri bitişik tutulur, üstü sol əlin içinə vurularaq baş barmaq şəhadət və ortaya birləşdirilir. Hər iki əlin içi yuxarı, orta, adsız, çeçələ barmaqları aralı və önə doğru, baş və şəhadət çevrə şəklində bağlı olmaqla sinənin önündə yan-yana tutulur. Sağ və sol əl çevrilərək içi önə doğru, barmaqları yuxarı olmaqla bir-birindən aralanır.