Jestin təsviri:
Sağ əlin üstü önə doğru, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta bitişik və yuxarı olmaqla sinənin önündə tutulur, dalğalı şəkildə aşağı endirilir. Sol əlin barmaqları yarıaçıq və aşağı olmaqla sağ tərəfdə tutulur. Sağ əlin içi sola doğru, baş, orta, adsız barmaqları bağlı, şəhadət və çeçələ açıq və düz olmaqla iki dəfə sol əlin üstünə vurularaq biləyə tərəf sürtülür.