Jestin təsviri:
Sağ əlin içi sola doğru, baş, adsız, çeçələ barmaqları çevrə şəklində bağlı, şəhadət, orta yuxarı və bitişik olmaqla sinənin sağ tərəfində tutulur və yüngülcə önə doğru vurulur. Əlin içi sola doğru, orta, adsız, çeçələ barmaqları bağlı, şəhadət və baş barmaqlar yüngülcə aşağıya doğru vurulur. Hər iki əlin içi aşağı, baş barmaqları aralı, digərləri bitişik və önə doğru tutulur, əllər növbəli şəkildə yuxarı və aşağı aparılır.