Jestin təsviri:
Hər iki əlin üstü önə doğru, şəhadət, orta, adsız barmaqları bağlı, baş, çeçələ düz və aralı olmaqla sinənin sağ və sol tərəfindən növbəli şəkildə iki dəfə ortasına doğru aparılaraq fırladılır. Sol əlin içi yuxarı, baş barmağı aralı, digərləri bitişik, önə doğru tutulur. Sağ əlin baş barmağı aralı, digərləri bitişik olmaqla iki dəfə sol əlin içində barmaqlara doğru sürtülərək irəli və geri aparılır.